62 saylı məktəb-lisey

X.Quliyev adına 62 №-li məktəb-lisey
Yaranma tarixi: 1964
Tipi: Birtipli
Növü: Məktəb-lisey
Məktəb neçə yerlikdir: 640
Direktor: Cabbarlı Mətanət İbrahim qızı
Təhsil alanların sayı: 1200
Təhsil verənlərin sayı: 103
Fəxri ad qazanan müəllimlərin sayı: 3
Təhsil müəssisəsinin nailiyyətləri:  2008 – 2009-cu dərs ilində
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məzunların  50 faizi qəbul olub. 2 nəfər 600 –dən, 9 nəfər 500 – dən yüksək bal toplayıb. Lisey elektron məkdəbdir.
Ünvan: Nizami rayonu, Ə.Əzimzadə-16
Məktəbin telefonu: 421-25-07,  421-13-90
Email:
62mekteb@bakuedu.gov.az

Bakının Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-lisey 1964-cü ildə inşa edilmişdir və fəaliyyətinə fars təmayüllü məktəb kimi başlamış, bir korpusdan ibarət olan məktəb-lisey 670 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hazırda məktəb-lisey şəhid X.Quliyevin adını daşıyır. 2007-2008-ci tədris ilində 62 nömrəli məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02.07.2007 -ci il tarixli 790 №li əmri ilə texniki, humanitar və təbiət fənləri üzrə status almış və məktəb-lisey kimi fəaliyyətə başlamışdır. Məktəb 2009-2010-cu tədris ilində ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. 2012-2013-cü tədris ilindən 62 nömrəli məktəb "Elektron məktəb" layihəsinə qoşulmuşdur. Məktəb-liseydə 129 nəfər pedaqoji heyət fəaliyyət göstərir. Hal-hazırda məktəb-liseyin 51 sinfində 1102 nəfər şagird təhsil alır. 2008-ci ildə 2 nəfər riyaziyyat, 2013-cü ildə 1 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimi "Əməkdar müəllim", 2011-ci ildə 1 nəfər Azərbaycan dili ədəbiyyatı müəllimi "İlin ən yaxşı müəllimi" adına layiq görülmüşdür. 2011-2012-ci tədris ilində 3 nəfər şagirdimiz "Qızıl medal"a, 1 nəfər "Prezident təqaüdü"nə layiq görülmüşdür.

Hiç yorum yok:

Yorum Gönder