Ümumi məlumat:
72
№-li məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 28 avqust 1990-cı il tarixli 289 №-li Qərarı
ilə lisey yaradılmış, Azərbaycan Respublikası təhsil nazirinin 29 sentyabr
1991-ci il tarixli 645 №-li əmri ilə ona ixtisaslaşdırılmış “lisey” statusu
verilmişdir. Hazırda riyaziyyat-informatika təmayüllü məktəb-liseyin 54
sinfində 1288 şagird təhsil alır. Dərslər azərbaycan və rus dillərində
aparılır. Məktəb-lisey 1992-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə
qəhrəmancasına həlak olmuş Fikrət Tağıyevin adını daşıyır. Məktəb lazımi
təchizatla təmin olunmuşdur. 2 binadan və 1 yeni tədris korpusundan ibarətdir.
2007-ci ilin aprel ayında 20 sinif otağından ibarət yeni tədris korpusu tikilib
istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il
tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü il illərdə Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı” çərçivəsində Fikrət Tağıyev adına 72 №-li məktəb-lisey əsaslı təmir
olunmuşdur .Məktəbdə 1 fizika-riyaziyyat elmlər namizədi, 3 əməkdar müəllim,2
qabaqcıl təhsil işçisi, 1 “Tərəqqi” medalı , 4 nəfər ali kateqoriyalı və 49
nəfər I dərəcəli müəllim çalışır.
Məktəb-liseyin
əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin
keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika,
riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin
bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial
imkanlarının daha da inkişafına lazımi şərait yaratmaqdan, istiqamət verməkdən
ibarətdir.
Məktəbin
texniki təminatı:
Məktəbdə
3 (üç) informatika otağı var. Hər informatika otağında 10 (on) ədəd kompüter,
bir otaqda proyektor, birində Mimio lövhə, birində isə Promethan lövhə
quraşdırılıb. Əlavə olaraq, biologiya otağında Promethan lövhə və proyektor
quraşdırılıb. Noyabr ayından etibarən ibtidai sinif müəllimlərinə 5 (beş) ədəd Promethan
lövhələr gəlib, ancaq proyektorlar hələ gəlmədiyindən işə salınmayıb.
Məktəblə
əlaqə:
Telefon:
428-88-40
Email:
72mekteb@bakuedu.gov.az
Ünvan:
Ünvan:
Bakıxanov qəsəbəsi, F. Tağıyev küçəsi 1
Hiç yorum yok:
Yorum Gönder