Ümumi
məlumat:
Hacıyev
Tahir Firuz oğlu adına 252 nömrəli tam orta məktəb 1972- ci ildə yaranmışdır.
Şagird sıxlığı ilə əlaqəli olaraq dərslər 2 növbəli rejimdə tədris olunur.
Şagirdlərin tədrisi üçün 80 otaq, 2 akt zalı, 2 futbol meydançası
vardır.Eminova Xədicə Şükür qızı 2012 ci ildə müəssisəyə rəhbərlik edir. Hal-
hazırda təhsil alan şagirdlərin sayı 2128, təhsil verən müəllimlərin sayı 145
nəfərdir. Məktəbin 1 müəllimi fəxri ad qazanmışdır.2010 – 11 - ci tədris ilində
məzunların 40%-i ali məktəblərə qəbul olub. 3 nəfər də 600-dən yüksək bal
toplayıb. 2010 – 11- ci dərs ilində Azərbaycan Respublikasının Prezidentinin
sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi
olub.
Məktəbin texniki təminatı:
Məktəbdə
3 (üç) İnformatika otağı var. Hər otaqda 15 (on beş)
ədəd kompüter, 1(bir) ədəd proyektor, 1(bir) ədəd Promethan lövhə quraşdırılıb.
İbtidai siniflərdə iki otaqda Promethan lövhə və proyektor əvvəlcədən
quraşdırılmışdı. Noyabr ayında ibtidai sinifdə iki otağa Promethan lövhələr
gəlib, ancaq proyektorları gəlməyib deyə hələ işə salınmayıb.
Əlaqə:
Telefon:
428-42-19
Email:
252mekteb@bakuedu.gov.az
Ünvan:
Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 31
Hiç yorum yok:
Yorum Gönder