Layihənin məqsədi seçilmiş məktəblərdə müxtəlif təlimlərdən keçmiş
müəllimlər və inzibati-idarəetmə həyəti üzvlərinə İKT-nin təhsilə tətbiqi və
peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi istiqamətində mentorluq xidmətləri
göstərməkdir. Pedaqoji heyətin peşəkarlığının inkişafına və
təkmilləşdirilməsinə dəstək göstərəcək mentorlar:
• təhsil müəssisələrindəki və məktəblərdəki real vəziyyəti
qiymətləndirir;
• mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti
müəyyən edir;
• pedaqoji heyətin peşəkarlığının inkişafına və təkmilləşdirilməsinə
dəstək göstərmək istiqamətində məqsədlər müəyyən edir;
• əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə
prosesini təşkil və müşahidə edir;
• mentorluq dəstəyi göstəriləcək hər bir müəllim və inzibati heyət
üzvü üçün fərdi inkişaf planı tərtib edir;
• pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini təhlil edir;
• pedaqoji heyətin fəaliyyətinin təkmilləşmə prosesini qiymətləndirir.
Layihə
çərçivəsində pedaqoji və inzibati-idarəetmə heyətinin üzvləri üçün xüsusi
təlimlərdən keçmiş mentorlar təyin olunur. Hər mentor dəstək göstərəcəyi
müdavimləri ilə İKT-nin tədrisdə tətbiqi üzrə fəaliyyət planı və fərdi peşəkar
inkişaf planı qurur, qısa- və uzun-müddətli məqsəd, altməqsədlər və
mərhələlər təyin edir. Layihə nəticəsində iştirak edən müəllim və
inzibati-idarəetmə heyətinin üzvləri İKT-nin təhsilə tətbiqi üzrə fərdi
planlar tərtib edib, onları mentorun dəstəyi ilə tədris ili ərzində
reallaşdıracaq.
|
Layihənin məqsədi
Kaydol:
Kayıtlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder