Telefon:
450-62-19
Email:
67mekteb@bakuedu.gov.az
Ünvan:
Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi 7Bakı şəhəri 67 nömrəli tam orta məktəb 1897-ci ildə Nobel qardaşları tərəfindən tikilmişdir.Həmin vaxt məktəbin iki sinfində 73 şagird təhsil almağa başlamış, tədris ilində cəmi 2 müəllim fəaliyyət göstərmişdir ki,onlardan da biri direktor idi. Mədəni quruculuq illərində məktəbin fəaliyyəti daha da genişlənmiş və səkkiz illik natamam orta məktəbə çevrilmişdir.1937-1938-ci tədris ilindən məktəb Sabunçu rayonu 67 nömrəli natamam orta məktəb hesab edilmişdir. Böyük Vətən müharibəsi dövründə məktəbin fəaliyyəti dayandırılmışdır.1941-1945-ci illərdə məktəb 2140 №li təxliyyə hospitalına çevrilmişdir. Müharibədən sonra 1946-cı ildə məktəb yenidən öz fəaliyyətini bərpa etmişdir.Yarandığı vaxtdan 1989-cu ilə qədər məktəbdə təhsil rus dilində aparılmışdır.Həmin ildən məktəbdə tədris iki dildə Azərbaycan və rus dillərində aparılır. 2000-ci ildən etibarən məktəb 11 illik təhsil bazası üzrə fəaliyyət göstərir. Üç əsrin şahidi olan məktəb on minlərlə gəncin yetişməsində böyük rol oynamışdır.1918-1926-cı illərdə təhsil almış,dövrünün görkəmli ictimai siyasi xadimi Nikolay Konstantinoviç Baybakov belələrindən biridir. Dünya neft sənayesi tarixində dərin iz buraxmış,keçmiş SSRİ-nin müxtəlif yüksək vəzifələrində ləyaqətlə çalışmış, Azərbaycanın ümummilli lideri,ulu öndər Heydər Əlirza oğlu Əliyevin yaxın dostu Nikolay Konstantinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 03 mart 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Məktəbin ikinci korpusu 1996-cı il, üçüncü korpus isə 2006-cı ildə tikilmişdir. Bakı şəhəri 67№li tam orta məktəb 3 növbədə işləyir və 47 sinif otağından ibarətdir.2011-ci ildə məktəbin yaxınlığında yerləşən keçmiş Polis idarəsinin sahəsi Təhsil Nazirliyi tərəfindən məktəbin balansına keçirilmiş və hal-hazırda orada yeni 4 mərtəbəli 800 şagird yerlik 33 sinifdən ibarət korpus tikilir.Hal hazırda məktəbdə 133 müəlllim fəaliyyət göstərir . Şagirdlərin sayı 2661 nəfərdir.

Hiç yorum yok:
Yorum Gönder